AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Doha Bəyannaməsində Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dəstək .. - XİN

  • + A
  • - A
  • 30-04-2024, 15:22

    Doha Bəyannaməsində Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dəstək .. -



    Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında Forumun yekunlarına dair Doha Bəyannaməsi qəbul edilib.

    Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Belə ki, Doha Bəyannaməsində Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dəstək, sülh müqaviləsinin tezliklə yekunlaşdırılmasına dair çağırış, habelə Azərbaycanın 4 kəndinin qaytarılmasını nəzərdə tutan delimitasiya razılığının əhəmiyyətinə vurğu öz əksini tapıb.

    Həmçinin bildirilib ki, Doha Bəyannaməsi eyni zamanda bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda sülh, sabitlik və təhlükəsizliyə hədə törədən mina təhdidindən dərin narahatlıq ifadə edərək, BMT və üzv dövlətləri, habelə digər maraqlı tərəfləri bu təhlükəyə qarşı mübarizədə dəstək göstərməyə dəvət edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR