Rusiya və Türkiyə yaxın günlərdə BMT-nin gündəmindəki çoxtərəfli məsələlərlə bağlı məsləhətləşmələr aparacaq.
Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən o da bildirilib ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin məsləhətləşmələr üçün mayın 2-də İstanbula gedəcək.
Həmçinin “Bu, BMT-nin gündəliyindəki çoxtərəfli məsələlər üzrə ikitərəfli məsləhətləşmələrin növbəti raundu olacaq”, - deyə qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.