AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əli Xameneinin builki Həcc ziyarəti ilə bağlı çıxışı geniş etirazlara yol açıb - KİV

  • + A
  • - A
  • 8-05-2024, 11:23

    Əli Xameneinin builki Həcc ziyarəti ilə bağlı çıxışı geniş etirazlara yol açıb -



    Mayın 6-da İran rəhbəri Əli Xameneinin builki Həcc ziyarəti ilə bağlı çıxışı və iranlı zəvvarları Məkkədə siyasi fəallığa çağırması geniş etirazlara yol açıb.

    Azadmedia.az xəbər verir ki, bununla bağlı sosial media kanallarında çoxsaylı paylaşımlar edilir.

    Belə ki, aralarında tanınmış din xadimlərinin də olduğu minlərlə iranlı Səudiyyə Ərəbistanı krallığına müraciət ünvanlayıblar. Onlar Əli Xameneinin çağırışını “təxribata dəvət” adlandıraraq, İran hökumətinin dini mərasimdən siyasi məqsədlər üçün istifadə etməyə çalışdığını yazıblar.

    Qeyd edək ki, müraciət müəllifləri Ər-Riyaddan müsəlmanların müqəddəs məkan və alimlərindən bu məqsədlə istifadə cəhdlərinə icazə verməməyi istəyiblər. Onlar İran hökumətinin əməllərinin islama və müsəlmanlara utanc gətirdiyini deyib, iranlıların Səudiyyə Ərəbistanına səfərlərinə qadağa qoyulmasını tələb ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR