Rusiya tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə sadiq qalaraq, KTMT ilə bağlı Ermənistanın mövqeyini aydınlaşdıracaq.
Azadmedia.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Belə ki, “Erməni dostlarımızla işimizi davam etdirəcəyik, onların mövqeyini aydınlaşdıracağıq. Ümid edirik ki, istənilən halda tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə sadiq qalacağıq”, - deyə o bildirib.
Qeyd edək ki, Ermənistanın Baş naziri KTMT-də iştirakının dondurulması kontekstində bəyan edib ki, növbəti məntiqi addım İrəvanın bu blokdan çıxması olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.