Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə məktub ünvanlayıb.
Məktubun mətnində deyilir:
“Hörmətli Vladimir Vladimiroviç.
Dağıstanda törədilmiş terror aktları nəticəsində dinc vətəndaşların və hüquq-mühafizə orqanlarının əməkdaşlarının həlak olması xəbəri məni dərindən sarsıtdı.
Bu qanlı cinayətləri qətiyyətlə pisləyir, terrorizmin bütün forma və təzahürləri ilə mübarizəni dəstəkləyirik.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, bütün zərərçəkənlərin tezliklə şəfa tapmasını arzulayıram”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.