AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

20 “Starlink” peyki orbitə çıxarıldı - KİV

  • + A
  • - A
  • 24-06-2024, 15:56

    20 “Starlink” peyki orbitə çıxarıldı -


    “SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulan növbəti 20 “Starlink” peykini orbitə çıxarıb.

    Azadmedia.az xəbər verir ki, daşıyıcı raket iyunun 23-də ABŞ-ın Sakit okean vaxtı ilə saat 20:47-də Kaliforniya ştatının Vandenberq bazasından start götürüb.

    Belə ki, “SpaceX” 2019-cu ildən bəri kosmik fəzaya ümumilikdə 6,6 mindən çox peyk buraxıb. Hazırda onların 6,2 mindən çoxu işlək vəziyyətdədir.

    Həmçinin kompaniyanın qlobal layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər.

    Qeyd edək ki, dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın mini-peyk çıxarmağı hədəfləyir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR