AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranda prezidentliyə namizədlərin beşinci - sonuncu teledebatı olacaq - KİV

  • + A
  • - A
  • 25-06-2024, 10:39

    İranda prezidentliyə namizədlərin beşinci - sonuncu teledebatı olacaq -


    İranda iyunun 25-də günorta prezidentliyə namizədlərin beşinci - sonuncu teledebatı olacaq.

    Azadmedia.az xəbər verir ki, məlumatı “Nournews” yayıb.

    Belə ki, indiyədək prezidentliyə namizədlərin iqtisadiyyat, sosial, mədəniyyət və siyasi məsələlər üzrə dörd dəfə teledebatı olub. İyunun 25-də isə debat “Hökumətin səmərəliliyi”nə həsr olunacaq.

    Həmçinin İranın Mədəniyyət və İrşad nazirliyinin məlumatına əsasən, iyunun 28-də keçiriləcək prezident seçkisini xarici ölkədən olan 500 jurnalist işıqlandıracaq.

    Bundan başqa onların arasında Avstriya, Almaniya, ABŞ, Azərbaycan, Böyük Britaniya, İtaliya, Çin, Cənubi Koreya, Şimali Koreya, Türkiyə, Fransa, Rusiyadan olan KİV nümayəndələri də var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR