Cənubi Kiprin Qəzzaya qarşı əməliyyatlarda bəlli ölkələr tərəfindən baza kimi istifadə edilməsini kəşfiyyat məlumatlarında daim görürük.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
Belə ki, “Bunu gündəmə gətirəndə, anidən logistik baza elan etdilər. Oranın hərbi baza təyinatını gizlətməyə çalışdılar. Yaxın Şərq əməliyyatlarında bu bazadan istifadə edilməsinin Cənubi Kipr və Yunanıstana faydası olmaz. Yaxın Şərqdə davam edən müharibədə tərəf olsanız, o alov sizi də yaxalaya bilər. Eyni regiondayıq”, - deyə nazir bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.