AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT Təhlükəsizlik Şurasından Dağıstanda baş verən terrorla bağlı Bəyanat

  • + A
  • - A
  • 26-06-2024, 22:24

    BMT Təhlükəsizlik Şurasından Dağıstanda baş verən terrorla bağlı


    BMT Təhlükəsizlik Şurası Dağıstanda baş verən terror aksiyasını qəti şəkildə pisləyib.

    Azadmedia.az xəbər verir ki, bu barədə TŞ-dən mətbuat üçün verilən bəyanatda qeyd olunub.

    Belə ki, “BMT Təhlükəsizlik Şurasının üzvləri iyunun 23-də Dağıstanda törədilmiş dəhşətli və qorxaq terror aktını ən sərt şəkildə pisləyiblər”, - deyə bəyanatda qeyd olunub.

    Qeyd edək ki, 23 iyunda Dərbənd və Mahaçqalada silahlı yaraqlılar iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum edib, terror aktları ilə bağlı cinayət işi açılıb. Bir keşiş də daxil olmaqla, hüquq-mühafizə orqanlarının əməkdaşları və mülki şəxslər həlak olub. Təhlükəsizlik qüvvələri beş yaraqlını öldürüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR