AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çinin müdafiə nazirləri partiyadan qovuldu - KİV

  • + A
  • - A
  • 28-06-2024, 09:07

    Çinin müdafiə nazirləri partiyadan qovuldu -


    Çinin sabiq müdafiə nazirləri Vey Fenhe və Li Şanfu partiya intizamını pozduqlarına görə Çin Kommunist Partiyasının sıralarından xaric ediliblər.

    Azadmedia.az xəbər verir ki, bu barədə qərar ÇKP-nin Mərkəzi Komitəsinin siyasi bürosunun iyunun 27-də keçirilən iclasında qəbul olunub.

    Belə ki, hər iki sabiq nazir vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və külli miqdarda rüşvət almaqda şübhəli bilinir. Çin Xalq Azadlıq Ordusunun ali idarəetmə orqanı olan Mərkəzi Hərbi Şuranın intizam və nəzarət qurumu sabiq nazirlər haqqında ötən il başlatdığı təhqiqatı yekunlaşdıraraq işi hərbi prokurorluğa göndərib.

    Həmçinin Mərkəzi Hərbi Şura bir müddət əvvəl sabiq nazirləri hərbi xidmətdən kənarlaşdırmaqla yanaşı, onları general rütbəsindən məhrum edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR