İran prezidentinin vəzifəsini icra edən 1-ci vitse-prezident Məhəmməd Moxber bu gün keçirilən növbədənkənar prezident seçkilərində səs verib.
Azadmedia.az-ın məlumatına görə, Məhəmməd Moxber Tehranda Daxili İşlər Nazirliyində yaradılan səsvermə məntəqəsində səsvermədə iştirak edib.
Belə ki, Moxber jurnalistlərə açıqlamasında bildirib ki, hökumətin əsas vəzifəsi seçicilərin səslərinin qorunmasıdır. İran vətəndaşlarının bu səsvermədə aktiv iştirak etməsi gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.