Əslən Təbrizdən olan İranın keçmiş baş naziri, hazırda ev dustağı olan Mirhüseyn Musəvi və həyat yoldaşı Zəhra Rəhnəvərd prezident seçkilərində səsvermədən imtina ediblər.
Azadmedia.az xəbər verir ki, bu barədə Mirhüseyn Musəvinin qızı Nərgiz Musəvi məlumat yayıb.
Belə ki, "Bu gün səhər saatlarında məmurlar səs vermək üçün valideynlərimin evinə səyyar seçki qutusu gətirmək barədə müraciət etsələr də, onlar imtina etdilər", - deyə N.Musəvi bildirib.
Qeyd edək ki, M.Musəvi 2010-cu ildə keçirilən prezident seçkilərində qalib gəldiyini, nəticələrin Mahmud Əhmədinejatın xeyirinə saxtalaşdırılıdığını iddia edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.