İranın BMT-dəki daimi nümayəndəliyi İsrailin Livana qarşı genişmiqyaslı hərbi təcavüzü halında “məhvetmə müharibəsi” təhlükəsi barədə xəbərdarlıq edib.
Azadmedia.az xəbər verir ki, bu barədə İranın BMT-dəki missiyasının X hesabında dərc edilən bəyanatda bildirilib.
Belə ki, “İran sionist rejimin Livana hücum etmək niyyəti ilə bağlı təbliğatını psixoloji müharibə hesab edir. Buna baxmayaraq, İsrail əgər genişmiqyaslı hərbi təcavüzə keçərsə, məhvetmə müharibəsi başlayacaq. Bütün müqavimət cəbhələrinin tam iştirakı da daxil olmaqla, variantlar danışıqlar masasındadır”, - deyə bəyanatda bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.