ABŞ Prezidenti Co Baydenin Administrasiyası Fələstinin HƏMAS radikal hərəkatı və İsrail arasında fikir ayrılıqlarını aradan qaldırmaq məqsədilə Qəzza zolağında atəşkəs və girovların mübadiləsi ilə bağlı razılaşmanın maddələrindən birinin yeni variantını təklif edib.
Belə ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, danışıqlarda vasitəçi olan Qətər və Misirlə birgə yeni mətn üzərində iş aparılıb. Bu, razılaşmanın birinci mərhələsində İsrail və HƏMAS arasında aparılan danışıqların nəzərdə tutulduğu maddəyə aiddir. Danışıqlar Qəzzada davamlı sakitliyin əldə olunmasını ehtiva edən ikinci mərhələ üçün dəqiq şərtlərin müəyyən edilməsinə yönələcək.
Mənbələr bildiriblər ki, HƏMAS danışıqlarda yalnız girovların mübadiləsini müzakirə etmək istəyir, İsrail isə Qəzzanın demilitarizasiyası məsələsini gündəmə gətirməyi planlaşdırır.
"ABŞ razılaşmanın imzalanmasına imkan verəcək formulun tapılması üçün bütün səylərini ortaya qoyur", - deyə danışıqların gedişatı ilə tanış olan mənbələrdən biri bildirib.
İkinci həmsöhbət isə qeyd edib ki, HƏMAS ABŞ-nin təklif etdiyi yeni variantla razılaşarsa, bu, sazişin bağlanmasına imkan verəcək. Ordu.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.