BMT Təhlükəsizlik Şurasına sədrlik bir ay müddətinə Rusiyaya keçib.
Azadmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Belə ki, Rusiyanın rəhbərlik etdiyi Təhlükəsizlik Şurasının ilk iclası Nyu York vaxtı ilə bazar ertəsi səhər keçiriləcək. İclasda Təhlükəsizlik Şurasının qarşıdakı ay üçün iş proqramı təsdiq ediləcək.
Qeyd edək ki, sonuncu dəfə Rusiya Federasiyası dünya təşkilatının əsas strukturunun işini 2023-cü ilin aprelində idarə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.