Litva Rusiya səfirliyinin nümayəndəsinə hava məkanının pozulması ilə bağlı etiraz notası təqdim edib.
Azadmedia.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Baltikyanı Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, "Hadisə iyunun 30-da Rusiyanın "Pobeda" aviaşirkətinə məxsus Moskvadan Kalininqrada uçan təyyarənin Baltik dənizi üzərindən Litvanın hava məkanına qanunsuz daxil olması və təxminən bir dəqiqə orada qalması zamanı baş verib", - deyə XİN-in bəyanatında bildirilib.
Həmçinin Litva tərəfi belə hadisələrə aydınlıq gətirilməsini və təkrarlanmamasını tələb edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.