Azərbaycanın Hindistandakı səfirliyi Yeni Dehliyə başsağlığı verib.
Azadmedia.az xəbər verir ki, bu barədə diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.
Belə ki, “Azərbaycanın Hindistandakı səfirliyi Hathrasda çoxlu sayda insanın faciəvi şəkildə həlak olmasından dərin kədər hissi keçirir. Biz Hindistan hökumətinə və xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq”, – deyə məlumatda bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.