Ermənistan ordusunun əsgəri öldü

Ermənistandakı hərbi hissələrdən birində ötən gün 15:00-da 19 yaşlı əsgər Xaçik Baqdasaryan huşsuz vəziyyətdə tapılıb.
Axar.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin hərbi hospitalına yerləşdirilən erməni hərbçi bu gün ölüb.
Onun niyə huşsuz vəziyyətə düşdüyü və ölüm səbəbi açıqlanmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.