Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Salyan RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayonun Noxudlu sakini Əziz Əliyevin yaşadığı evdə qonaqların iştirakı ilə gizli şəkildə nişan mərasimi təşkil etdiyi müəyyən edilib. Məclisin təşkilatçısı və iştirak edən 9 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq hər biri 200 manat cərimə ediliblər.