Cəlilabad RPŞ və Dövlət Sərhəd Xidməti əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini V.Həsənzadə idarə etdiyi “Toyota” markalı avtomobildə sərnişini, əvvəllər məhkum olunmuş A.Rüstəmovla birgə Ocaqlı kəndinin ərazisində saxlanılmışlar.
Avtomobilə baxış zamanı oradan 6 kiloqram 395 qram heroin və 1 kiloqram 270 qram metamfetamin aşkar edilərək götürülmüşdür.
***
Fevralın 20-də saat 17 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən parkda 2 nəfər bir qadına zor tətbiq edib pulqabısını almışlar.
Həmin vaxt ərazidə xidmət aparan Post-Patrul Xidməti əməkdaşlarının sayıqlığı və operativliyi sayəsində həmin şəxslər saxlanılmışlar.
Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri - Əmiraslanov qardaşları olmaları müəyyən edilmişdir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanmışdır.
***
Nizami RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş A.Əliyevdən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 6 ədəd patron aşkar edilərək götürülmüşdür.
***
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.