Sufrier vulkanının püskürməsi səbəbindən Sent-Visent və Qrenadinin şimal bölgələrində elektrik enerjisinin kəsilməsi və suyun verilməsində fasilələr qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.
Qeyd olunub ki, ölkə rəhbərliyi əhalinin yaxın ərazilərdən evakuasiya edilməsinə davam edir. Qonşu Barbadosun hakimiyyəti küləyin vulkan külünü adaya gətirdiyini bildirib.
Qeyd edək ki, Sufrier vulkanının püskürməsi aprelin 9-da səhər saatlarında başlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.