Samux rayonunda 38 yaşlı kişi bıçaq xəsarətləri alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, hadisə bu gün rayonun Ceyrançöl ərazisində qeydə alınıb.
"Lənkaran rayon sakini, 1983-cü il təvəllüdlü Abdul Abdullayev bir neçə bıçaq xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib: "Rayon ərazisində hərhansı bir güllələnmə faktı olmayıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxs özünə bıçaq xəsarətləri yetirib." - deyə DİN rəsmisi Eşqin Qasımov bildirib.
Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.