AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tanışını öldürən kişinin istintaqı yekunlaşdı

  • + A
  • - A
  • 17-06-2021, 17:29


    Xətai rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə 2021-ci il fevralın 15-də paytaxtın Xətai rayonu ərazisində İsmayıl Xankərimova məxsus üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.
    İstintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin tanışı Famil İsmayılov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İsmayıl Xankərimovu mətbəx bıçağı ilə vuraraq qəsdən öldürmüşdür.
    Famil İsmayılov Cinayət Məcəlləsinin 120.1-ci (adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
    Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR