AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ana qatilinin istintaqı yekunlaşdı

  • + A
  • - A
  • 21-06-2021, 16:19


    Xətai rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə 2021-ci il martın 10-da paytaxtın Xətai rayonu ərazisində yerləşən çayxanada xadimə işləyən Mahirə Baxşiyevanın üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər olan meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.
    İstintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin oğlu Zamin Baxşiyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mahirə Baxşiyevanı məişət təyinatlı turistik bıçaqla vuraraq xüsusi amansızlıqla- müstəsna dərəcədə rəhmsizlik və qəddarlıqla ümumilikdə 35 bədən xəsarəti yetirib qəsdən öldürmüşdür.
    Zamin Baxşiyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
    Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR