AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İdman zalında səbəbsiz qətl törədən kişinin istintaqı yekunlaşdı

  • + A
  • - A
  • 15-07-2021, 10:34


    Xətai rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata gərə 2021-ci il martın 1-də paytaxtın Xətai rayonu ərazisində 1999-cu il təvəllüdlü Bəxtiyar Nəsibovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.
    İstintaqla müəyyən edilmişdir ki, qeyd edilən tarixdə şəhər sakini Əli Abbasov Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən idman zalında məşq edərkən həmin zalda idman edən Bəxtiyar Nəsibov ilə bir-birilərinə baxmaq səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncu ona sağlamlığına qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirdikdən sonra o, qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibovu üzərində gəzdirdiyi bıçaq ilə sonuncunun döş qəfəsinin sol yan nahiyəsindən xəsarətlər yetirərək qəsdən öldürmüşdür.
    Əli Abbasov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
    Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR