AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Suraxanı rayonunda toya gedən koronavirus xəstəsi aşkarlanıb

  • + A
  • - A
  • 13-11-2021, 12:59


    Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin Bülbülə qəsəbəsində yerləşən şadlıq evlərindən birində təşkil edilən toy mərasimində iştirak etməsinin qarşısı alınıb. Toyda iştirak edən digər şəxslərin həyatını təhlükə altına qoyan paytaxt sakini Samir İsmixanovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxs restorana daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb. S.İsmixanov barəsində Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR