AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Balakəndə COVID pasportu olmayan müştərilərə xidmət göstərən kafe sahibi cərimələnib

  • + A
  • - A
  • 13-11-2021, 13:20


    Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar keçirilən nəzarət-profilaktik tədbirlər zamanı şəhər ərazisində yerləşən “Bizim kafe” adlı qapalı obyektdə qaydaların pozulduğu aşkarlanıb.
    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, yoxlama zamanı kafedə COVID-19 pasportu olmadan müştəri qismində əyləşən şəxslər müəyyən edilib. Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar obyekti işlədən Pərviz Qaracayevə xəbərdarlıq olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələnib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR