AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İmişli rayon Məşğulluq Mərkəzinin direktoru barəsində olan cinayət işi məhkəməyə göndərilmişdir

  • + A
  • - A
  • 17-11-2021, 15:47

    İmişli rayon Məşğulluq Mərkəzinin direktoru barəsində olan cinayət işi məhkəməyə göndərilmişdir

    İmişli rayon Məşğulluq Mərkəzinin direktoru Elxan Rüstəmlinin qanunsuz əməlləri ilə əlaqədar aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanmışdır.
    İstintaqla qeyd olunan vəzifədə işləyərkən Elxan Rüstəmlinin Dövlət Məşğulluq Xidmətinin rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə qabaqcadan əlbir olub qurumda işsiz kimi qeydiyyata alınmış şəxslərə verilməsi üçün nəzərdə tutulmuş məhsulların alınması ilə bağlı heç bir tender və kotirovka sorğusu keçirilmədən müvafiq rəsmi sənədləri saxtalaşdıraraq işsiz vətəndaşlar üçün dövlət büdcəsindən ayrılmış 55 min manat məbləğində vəsaitin faktiki olaraq yalnız 40 min manat hissəsini ödəməsinə, qiymətlərin şişirdilməsi yolu ilə 15 min manat məbləğində dövlət vəsaitini israf etməsinə, həmin hərəkətləri ilə də dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
    Elxan Rüstəmliyə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir.
    İstintaq zamanı vurulmuş ziyanın ödənilməsi təmin edilmişdir.
    Cinayətin törədilməsində iştirakı olmuş digər təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində ayrıca icraata cinayət işi ayrılmaqla hazırda istintaq davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR