Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində keçirilən nəzarət tədbirləri nəticəsində aktiv koronavirus xəstəsi rayon ərazisində avtomobillə hərəkətdə olarkən aşkar olunub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, COVID-19 xəstəsi olan rayonun Xıllı qəsəbə sakini Seyran Rəhimova ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib, infeksiyanın yayılmasına real şərait yaradıb.
S.Rəhimov idarə etdiyi avtomobillə qəsəbə ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və yaşadığı evə geri qaytarılıb.
Faktla bağlı həmin şəxs barəsində Neftçala Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.