Beynəlxalq Şahmat Federasiyasının mətbuat xidməti xəbər verir ki, yeniyetmələr arasında şahmat üzrə dünya çempionatının ilk qalibi və üçqat Yuqoslaviya çempionu, qrossmeyster Borislav İvkov 88 yaşında vəfat edib.
1951-ci ildə şahmatçı Böyük Britaniyada keçirilən 20 yaşadək gənclər arasında ilk dünya çempionatının qalibi olan İvkov həm də Ümumdünya Şahmat Olimpiadalarının on qat qalibi olub.
1970-ci ildə dünya yığmasının heyətində SSRİ ilə görüşdə Pol Keresə 1:3 hesabı ilə uduzub. 1999-cu ildə serb qrossmeyster Moskvada Petrosian Memorialının qalibi olub.
Xatırladaq ki, daha əvvəl 78 yaşında sambo üzrə ilk dünya çempionu və “Sambo-70” idman və təhsil mərkəzinin yaradıcısı David Rudman da dünyasını dəyişib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.