AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Kanal S.az” internet portalının təsisçisi Sənan Ələkbərov və Teymur Rüstəmov saxlandılar

  • + A
  • - A
  • 25-02-2022, 10:55

    “Kanal S.az” internet portalının təsisçisi Sənan Ələkbərov və Teymur Rüstəmov saxlandılar

    Yevlax Rayon Polis Şöbəsinə fevralın 14-də özünü jurnalist kimi təqdim edən Sənan adlı şəxsin şəhər sakini R.Məmmədova hədə-qorxu gələrək 15.000 manat tələb etməsi barədə müraciət daxil olmuşdur.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən rayon sakinləri – “Kanal S.az” internet portalının təsisçisi Sənan Ələkbərov və Teymur Rüstəmov müəyyən edilərək saxlanılmışlar.
    Araşdırmalarla onların fevralın 16-da Yevlax şəhər sakinləri E.Misirxanovaya və G.Süleymanovaya hədə-qorxu gəlməklə ümumilikdə 6.000 manat tələb etmələri də müəyyən edilmişdir.
    Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanmışdır.
    Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR