AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ölkə ərazisində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 2-03-2022, 16:12

    Ölkə ərazisində baş verən cinayət və hadisələr

    Martın 1-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 110 toy şənliyinin monitorinqini həyata keçirib.
    Monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.
    94 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.


    Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının son 20 gün ərzində keçirdikləri əməliyyatlar zamanı 100 kiloqramdan artıq narkotik maddə
    qanunsuz dövriyyədən çıxarılıb 38 şəxs barəsində həbs qətimkan tədbiri seçilib

    Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı ölkə ərazisinə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirib narkoşəbəkə yaradan daha 38 nəfər saxlanılıb.
    Qanunsuz dövriyyədən ümumilikdə 100 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, 1000 ədəd psixotrop tərkibli həb və 4 kiloqrama yaxın satışı qadağan edilən kimyəvi maddə olan civə çıxarılıb.
    Daxil olmuş əməliyyat məlumatı əsasında eyni anda Sumqayıt şəhəri, Binəqədi və Nəsimi rayonlarında keçirilən tədbirlər zamanı Etiram Baxşəliyev, Bilal İsmayılov və Rafiq Məmmədov saxlanılıblar. Bu şəxslərdən və yaşadıqları evlərdən ümumilikdə 43 kiloqram, o cümlədən 25 kiloqram heroin, 11 kiloqram “patı”, “şüşə” adlandırılan metamfetamin, 4 kiloqram tiryək, 3 kiloqram marixuana və narkotik vasitələrin satışı zamanı istifadə etdikləri elektron tərəzilər aşkar olunub.
    Araşdırma zamanı müəyyən edilib ki, adları sadalanan şəxslər mütəşəkkil dəstə yaradıb Füzuli rayonunda əvvəlcədən planlaşdırdıqları ərazidə xaricdən göndərilən külli miqdarda narkotik vasitəni əldə edərək istifadələrində olan yük maşını ilə satmaq məqsədi ilə paytaxt ərazisinə gətiriblər.
    Baş İdarə əməkdaşlarının Nəsimi və Sabunçu rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə Səbuhi Məmmədov, tanışı Saleh Sultanov və Elçin Nəhmətov saxlanılıblar. Səbuhi Məmmədovla Saleh Sultanovdan 9 kiloqram, Elçin Nəhmətov və onun Kürdəxanı qəsəbəsində torpağın altında saxlanc yeri kimi düzəltdiyi anbardan isə 18 kiloqram heroin, tiryək, marixuana, həmçinin metamfetamin aşkar edilib.
    Baş İdarənin, eləcə də Cənub və Qərb Bölgələrində Regional Şöbələrin əməkdaşlarının qeyd edilən dövr ərzində paytaxt, eləcə də, Lənkəran şəhəri, həmçinin Yevlax, Neftçala və Masallı rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə 32 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 31 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi və metadon həbləri, narkotik vasitələrin onlayn satışı zamanı istifadə olunan çoxlu sayda plastik kartlar, eləcə də 4 kiloqrama yaxın kimyəvi maddə olan civə aşkar olunub.
    Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb narkotiklərin və kimyəvi maddələrin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
    ***

    - Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 80 cinayətin üstü “isti izlər”lə açılmışdır.
    - Əvvəlki dövrlərdən bağlı qalmış 25 cinayətin açılması təmin olunmuşdur.
    - Axtarışda olduğuna görə ümumilikdə 69 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
    - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilmişdir.
    - Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılmışdır.
    ***

    Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
    Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində martın 1-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 4 ədəd ov tüfəngi götürülüb.
    Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

    Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

    Martın 1-də polis əməkdaşları tərəfindən respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
    Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 2 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
    ***

    Şabran rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları qaydaları kobud şəkildə pozanlara qarşı nəzarət profilaktiki tədbir keçiriblər.
    DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə şəhərin müxtəlif ərazilərində təşkil edilən tədbir zamanı bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq piyadalara yol vermədiyi üçün DYP əməkdaşları tərəfindən cərimə ediliblər. Eyni zamanda, bəzi piyadalar da yolun onlara aid olmayan hissəsindən keçərək nəqliyyat vasitələrinin hərəkətinə mane olublar. Həmin şəxslər barəsində də qanunamüvafiq tədbirlər görülüb
    Yol nişanlarının qarşısında maşın saxlayan, piyada keçidlərində taksi fəaliyyəti ilə məşğul olan sürücülər də məsuliyyətdən kənarda qalmayıblar.
    Nəzarət profilaktiki tədbirlər zamanı qaydaları pozan vətəndaşların diqqətinə çatdırılıb ki, təyin olunmayan yerlərdən yolu keçmək onların həyatları üçün təhlükə doğurur. Eyni zamanda, nəqliyyat vasitələrinin yoluna çıxaraq sürücülərə də təhlükə yaratmaq olmaz. DYP qəza baş verməməsi üçün qaydalara əməl etməyi tövsiyyə edir. Qeyd edək ki, bu kimi tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR