AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İmişlidə brakonyerliyə qarşı növbəti reyd keçirilib

  • + A
  • - A
  • 3-03-2022, 23:08

    İmişlidə brakonyerliyə qarşı növbəti reyd keçirilib

    İmişli Rayon Polis Şöbəsinin və Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Bölməsinin əməkdaşları Araz çayının rayon ərazisindən keçən hissəsində ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə etməklə qanunsuz balıq ovuna qarşı reyd keçirilib. Tədbirdə Azərbaycan Balıqçılar İttifaqının nümayəndələri də iştirak ediblər.
    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, keçirilən reyd zamanı çay boyunca quraşdırılan qanunsuz sintetik torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb. Həmçinin brakonyerlərin istifadə etdiyi rezin təkərlər də aşkarlanaraq sudan götürülüb.
    İstifadəsi qanunla qadağan edilmiş vasitələrin hamısı həmin ərazidə yandırılaraq məhv edilib. Reyd zamanı torlarda aşkarlanan kürüləmə ərəfəsində olan diri balıqlar isə yenidən suya buraxılıb.
    Bu istiqamətdə tədbirlər polis əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR