Jurnalist Aytən Məmmədova ölümlə hədələnib, boğazına bıçaq çəkilib. Bu barədə jurnalist Aynur Elgünəş öz şəxsi facebook səhifəsində yazıb.
Azadmedia az Aynur xanımın yazdıqlarını təqdim edir:
"Az əvvəl Aytən Məmmədovaya yaşadığı binanın blokunda hücum edilib. Onun arxasınca liftə girən bir nəfər bıçağı boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını istəyib.
DİN-in 102 xidmətinə məlumat verilib.
Aytənin ən çox ictimailəşdirdiyi iş İlkin Süleymanovla bağlı məhkəmə işidir. Güman edirik ki, buna görə hədələnib".
Jurnalist İlkin Muradov da şəxsi facebook səhifəsində hazırda Aytən xanımın evində olduğunu, polislərin izahat aldığını bildirib. Aynur xanımın boğazındakı xəsarət aşağıdakı fotoda əks olunub.
Elnurə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.