AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hücum xırda detallarına qədər planlaşdırılıb - jurnalistə təhdidin TƏFƏRRÜATLARI

  • + A
  • - A
  • 9-05-2022, 13:23

    Hücum xırda detallarına qədər planlaşdırılıb - jurnalistə təhdidin TƏFƏRRÜATLARI

    Dünən gecə yaşadığı binada boğazına bıçaq dirənərək ölümlə təhdid edilən jurnalist Aytən Məmmədovanın həyat yoldaşı, jurnalist Coşqun Eldaroğlu hadisə ilə bağlı açıqlama verib.


    AFN.az xəbər verir ki, C.Eldaroğlu hüquq-mühafizə orqanlarını hadisənin miqyasını kiçiltməkdə ittiham edib: "Gecə başımıza gələn hadisə haqda yazıb-yazmamaqla bağlı saatlardı tərəddüd eləyirəm. Çünki mən bu ölkədə heç nəyə təəccüblənmirəm. Ölkə yaşanmalı yer qiyafəsindən çoxdan çıxıb...
    Bütün gecəni, bütün səhəri bizimlə, mənimlə ayrıca söhbətləşən polis əməkdaşları israrla hadisənin miqyasını kiçiltməyə çalışır. Evə ilk ayaq basan tədqiqatçı hətta ona işarə vururdu ki, siz xüsusi təhdid olunacaq qədər vacib adamlar deyilsiz. Halbuki hücum xırda detallarına qədər planlaşdırılıb. Dəqiq əmin olublar ki, Coşqun və Gülər evdədi, Aytən qonaqlıqdan hələ gəlməyib. Aytən bloka daxil olan kimi həmin şəxs arxasınca gəlib. Belə görünür ki, nə vaxt evə çatacağı ilə bağlı məlumatlı olublar. Çünki Aytən evə nadir hallarda gec saatlarda qayıdır. Blokun işığı əvvəlcədən sıradan çıxarılıb. Liftə Aytənlə birlikdə daxil olan şəxs peşəkar təsir bağışlayıb. Qapı bağlanan kimi onu boğmağa başlayıb, iki dəfə çənəsinin altına bıçaq yeridib. Əliyalın olmayıb, böyük ehtimalla əlcək taxıbmış. Aytəni qızımın həyatına son verməklə hədələyib. Filmlərdə gördüyünüz planlaşdırılmış cinayət hadisəsi. Lap o qədər sadəlövh deyilik.
    Mən bu ölkədə yaşamaq istəyirəm. Mən bu ölkədə ailəmlə təhlükəsiz həyat sürmək istəyirəm. Mən qızımın taleyi ilə bağlı böyük nigaranlıqda qalmaq istəmirəm. Mən ölkənin yaşanmalı yerə çevrilməsini istəyirəm".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR