AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Özü QHT sədri ola-ola Qht-ləri təhqir etdi - Şuşada Skandal - Foto

  • + A
  • - A
  • 14-05-2022, 23:39

    Özü QHT sədri ola-ola Qht-ləri təhqir etdi - Şuşada Skandal - Foto

    Azadmedia.az AKTUAL TV-ə istinadən xəbər verir ki, Aynur Camal sosial şəbəkədəki hesabında yazıb: Bir anlıq təsəvvür edin, həvəslə, həddən ziyadə həvəslə, yüksək əhval ruhiyyə ilə tədbirə gəlirsən və… məlum olur ki, üzərinə adın yazılan stula ibtidai hücum olub; qəbilə nümayəndələri xüsusi amansızlıq və vəhşiliklə sənin adın yazılan kağızı cırıb qopararaq sənin üçün nəzərdə tutulmuş yerə çöküblər, məhz çöküblər. İbtidai icma quruluşunun “ənənələrini” sədaqətlə genetikalarında, zehinlərində və təhtəlşüurlarında daşıyan insanabənzərlər məhz belə etdilər, öncə adlarımızı cırıb qoparıb yerimizdə oturdular, sonra heç nə olmamış kimi üzümüzə baxıb gülümsədilər, sonra rahatlıqla yerimizdə yayxandılar və media təmsilçiləri olaraq biz tədbiri ayaq üstdə seyr etməli olduq. Bu insanabənzərlər hələ də o təfəkkürdədirlər ki, kim qabağa düşdüsə, əlinə keçəni qamarlaya, parçalaya, özününkü hesab edə bilər, qəbilə qaydalarına tam əməl edərək. Və onlar guya “ziyalı”dır, “qhtşnik”dir, əslində isə mədəniyyətsiz, ədəbsiz və mərifətsizdirlər…

    Xatırladaq ki, QHT üzvlərinə "qhtşnik" deyən Aynur Camalqızı özü də “Qadın konsensus mərkəzi” ictimai birliyinin sədridir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR