AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xırdalanda ata oğlunu qətlə yetirib

  • + A
  • - A
  • 20-06-2022, 09:20

    Xırdalanda ata oğlunu qətlə yetirib

    İyunun 19-u saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin İbadovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
    Aparılmış araşdırmalarla zərərçəkmişin atası, 1967-ci il təvəllüdlü Etibar İbadovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı İlkin İbadova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
    Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
    Etibar İbadov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
    Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR