Paytaxt məktəblərinin birində şagirdlərə konfet kağızına bükülmüş formada narkotik vasitələrin paylanıldığı barədə sosial şəbəkələrdə yayılan məlumatlar aydınlaşdırılıb.
Məlum olub ki, qeyd edilən görüntü Xətai rayonundakı məktəblərin birində təhsil alan 12 yaşlı şagird tərəfindən çəkilib.
Həmin şagird valideyninin iştirakı ilə aparılan profilaktiki söhbətə cəlb olunub. O, konfetin üzərinə müxtəlif ədviyyatlar qataraq qeyd edilən fotonu çəkdiyini bildirib.
Daha sonra guya “narkotik”in məktəbin ətafında tanmadığı şəxs tərəfindən ona verildiyi barədə yalan təəssürat yaradaraq həmin məlumatı sosial şəbəkələrdə məhşurlaşmaq üçün yayıb.
Sonda valideynlərdən sosial şəbəkələrdə və “whatsapp” qruplarında özündə heç bir reallığı əks etdirməyən həmin məsələ barədə olan səs yazılarına etibar etməməyi və yaymamağı xahiş edirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.