Ərəb Bakıda “yaxşı” vaxt keçirmək üçün otelə qadın apardı — İndi isə hakim qarşısına çıxarılır
Ərəb turistin Bakıda hotellərin birində qadını döyməsi, onun inzibati məsuliyyətə cəlb olunması ilə nəticələnəcək.
AZTB.info Oxu.Az-a istinadən xəbər verir ki, Nəsimi rayon məhkəməsində inzibati sorğuya baxılacaq və sanksiya tətbiq olunacaq.
Hazırda faktla bağlı Nəsimi rayonu 22-ci polis bölməsində araşdırma aparılır.
Xatırladaq ki, Bakıda fəaliyyət göstərən hotellərin birində Bəhreyndən olan turist 25 yaşlı Mohamed Haqmed Alqasser dava salaraq, 1986-cı il təvəllüdlü Bakı sakini olan qadını döyüb.
Zərərçəkən şikayətlə polisə müraciət edib. Məlum olub ki, ərəb turistin özü də müxtəlif dərəcədə xəsarətlər alıb. Belə ki, pul üstündə mübahisə etmiş iştirakçılar bir-birini döyüb.
Qeyd edək ki, Qadın ərəb turistlə küçədə tanış olduqdan sonra, onlar “yaxşı” vaxt keçirmək üçün hotelin nömrəsinə qalxıblar.