Yanvarın 6-da ölkə ərazisində qeydə alınan 75, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 60, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
- Narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.
❗Yol-nəqliyyat hadisəsi
Yanvarın 6-da saat 15 radələrində Biləsuvar rayonunun Çaylı kəndi ərazisində rayon sakini E.Cəbrayılov idarə etdiyi “Saipa” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb.
Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.
❗Narkotik vasitə saxlamaqda və satmada şübhəli bilinən 3 nəfər saxlanılıb
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə saxlamaqda və satmada şübhəli bilinən Şəmkir rayon sakinləri E.Mustafaoğlu, Ə.Nəbiyev və İ.Hüseynov saxlanılıblar.
Ə.Nəbiyevdən 1 kiloqram 585 qram marixuana, İ.Hüseynovdan 1 kiloqram 320 qram heroin və 49 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
❗Narkotik
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri E.Əliyev və L.Qarinseva saxlanılıblar. Onlardan 3 kiloqram 10 qram heroin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.