Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.
Naxçıvan MR Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadmedia.az-a verilən məlumata görə, Ordubad, Culfa Rayon Polis Şöbəsinin və Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş 14790 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunaraq, yandırma yolu ilə məhv edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bundan sonra da bu istiqamətdə müvafiq tədbirlərin görülməsi davam etdiriləcəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.