Almaniyanın "Bavariya" futbol klubunda dördüncü koronavirusa yoluxma faktı aşkarlanıb.
Bu barədə "Sportschau" jurnalı xəbər verib.
Məlumata əsasən, yoluxan komandanın müdafiəçisi Benjamin Pavar olub. Bundan əvvəl klubun yarımmüdafiəçiləri Tomas Müller, Leon Goretska və Xavi Martines yoluxublar.
Münhen Səhiyyə Departamentinin Jurnal tərəfindən təqdim edilən açıqlamasına görə, qurumun komandanı karantinə yerləşdirmək hüququ var.
Yoluxmuş futbolçularla təmasda olanların sayının müəyyənləşdirilməsindən sonra lazımi tədbirlər görüləcəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.