"Liverpul" İngiltərə çempionatının 25-ci turunun matçında "Everton"a 0:2 hesabı ilə uduzub.
“Report” xəbər verir ki, matç azarkeşlərin iştirakı olmadan "Enfild" stadionunda keçirilib.
Qarşılaşmada hesab üçüncü dəqiqədə açılıb – Rişarlison fərqlənib. Rəqibin qapısına ikinci qolu Qilfi Siqurdsson penaltidən vurub.
Qeyd edək ki, "Everton" 1999-cu ilin sentyabrından bu stadionda 14 dəfə uduzub.
Beləliklə, "Everton" "Enfild"də 22 illik məğlubiyyət seriyasını başa vurub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.