AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qəbələdə heç-heçə, “Neftçi”dən darmadağın

  • + A
  • - A
  • 14-03-2021, 19:20



    Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulacaq. 

    Azadmedia.az xəbər verir ki, sonuncu oyun günündə “Qəbələ” doğma meydanda “Zirə” ilə münasibətlərə aydınlıq gətirib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

    Turun qapanış matçında isə “Neftçi” “Səbail”i 4:0 hesabı ilə darmadağın edib.

    Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” “Sabah”a 2:0 hesabıyla qalib gəlibsə, “Sumqayıt” – “Keşlə” görüşündə qalib müəyyənləşməyib – 2:2. 

    Azərbaycan Premyer Liqası

    20-ci tur

    14 mart 

    “Qəbələ” – “Zirə” 1:1

    Qol: V.Medimoreç, 23 – F.Melivilo, 90+4.

    Qırmızı vərəqə: M.Giqauri, 29.

    Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Rəhim Həsənov.

    Qəbələ şəhər stadionu

    “Neftçi” – “Səbail” 4:0

    Qol: N.Ələsgərov, 5. S.Monroz, 65. Y.Laval, 69. M.Çelik, 75.

    Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Rahil Ramazanov, Tural Qurbanov.

    Bakı. “Bakcell Arena”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR