AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AVRO-2020: İsveç qələbə qazanıb qrup lideri oldu - YENİLƏNİB + VİDEO

  • + A
  • - A
  • 18-06-2021, 20:11


    İsveç millisi Slovakiyaya 1:0 qalib gəldi. Bununla İsveç yığması dörd xalla E qrupunun lideri oldu.

    18:34

    İsveç millisinin meydana yeni daxil olmuş futbolçusu Robin Kuaysona qarşı qapıçı Martin Dubravka kobudluq etdi. Emil Foşberi 77-ci dəqiqədə penaltidən fərqləndi – 1:0. Bu, İsveç millisinin turnirdə ilk qoludur.


    18:02

    İsveç – Slovakiya görüşündə hələ hesab açılmayıb. Matçda ikinci hissə gedir və qolsuz bərabərlik davam edir.

    17:01

    E qrupunda II tura start verilir.

    AzadMedia.Az xəbər verir ki, İsveç millisi ilk görüşdə qələbə qazanaraq qrup lideri olmuş Slovakiya millisi ilə qarşılaşır.

    Görüş Sankt-Peterburqda keçirilir.

    İsveç (4-4-2): Ulsen, Lustiq, Lindelöf, Danielson, Auqustinson, Ulson, Ekdal, Sebastian Laşon (kapitan), Foşberi, Beri, İsak

    Slovakiya (4-2-3-1): Dubravka, Huboçan, Şkriniar, Şatka, Pekarik, Hroşovski, Kutska, Mak, Hamşik (kapitan), Kostselnik, Duda


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR