Bu gün Azərbaycan komandası Tokio-2020 Yay Paralimpiya oyunlarında mübarizəyə start verəcək.
Yarışın növbəti günündə pauerliftinq idman növündə Pərvin Məmmədov qüvvəsini sınayacaq.
49 kq çəki dərəcəsində yer alan paralimpiyaçının çıxışı Bakı vaxtı ilə saat 06:00-da başlayacaq.
Azərbaycan komandası Tokio-2020-ə 36 lisenziya qazansa da, paracüdoçu Ramil Qasımov koronavirusa yoluxduğu üçün yarışdan kənarlaşdırılıb. Beləliklə, ölkəni Oyunlarda 35 idmançı təmsil edəcək. Bu, ötən paralimpiadalarla müqayisədə rekord göstəricidir. Onlardan 12-si paraatletika, 10-u paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.
Qeyd edək ki, Tokio paralimpiadasına sentyabrın 5-də yekun vurulacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.