Bakı məktəblisi “SFA Federasiyası Kuboku 2021” adlı yelkənli qayıq yarışında çempion olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 192 nömrəli tam orta məktəbin IX sinif şagirdi Fidan Ağazadə Azərbaycan Yelkənli İdman Federasiyası tərəfindən 10-12 sentyabr tarixlərində keçirilən turnirdə I yerin sahibi olub.
Bütün rəqibləri üzərində qalib gələn istedadlı idmançı kubokla təltif olunub. Həmçinin 35 idmançının iştirak etdiyi yarışda turnirin bütün iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, bu, Fidanın ilk uğuru deyil. Bundan əvvəl də məktəbli ölkədaxili və beynəlxalq yarışlarda uğur qazanıb. Omanda keçirilən yelkənli qayıq idman növü üzrə beynəlxalq yarışda III yeri tutaraq bürünc medala layiq görülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.