Bu gün Yasamal rayonunda yerləşən Karate və Taekwondo klubunda Avropa çempionatında və Respublika yarışlarında Karate və Taekwondo idman növündən yüksək nəticə əldə etmiş azyaşlı idmançılarla görüş keçirildi. Görüşdə Kəmər dərəcəsi alan idmançılar mükafatlanıb,xatirə hədiyyələri təqdim edilib. Milli Məclisin deputatı Ülvi Quliyev bildirdi ki,"Təhsil və idmanı"bərabər daşımaq əlçatmaz görünməməlidir,idmanın həm təhsildə, həm də insanın şəxsiyyət kimi formalaşmasındakı rolu əvəzsizdir. Üstəlik, idman insanda fərqli keyfiyyətlər formalaşdırır. İdmançı isə mütləq yaxşı təhsil almalıdır. Çünki o, ölkənin siması, bayraqdarıdır. İstənilən an Azərbaycanı layiqincə təmsil etməyə, həqiqətləri çatdırmağa, ünsiyyət qurmağa hazır olmalıdır. Yasamal rayonunun seçiciləri olan valideynlər məmnunluqlarını bildiriblər.
Daha sonra seçicilər uşaqlarının inkişafı üçün maksimum imkan yaradıldığı, əmin əllərdə olduqlarını dilə gətiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.