Yel qayadan nə aparar, yaxud deputatdan nə istəyirlər?
Quliyev Ülvi Zahid oğlu – Milli Məclisin deputatı və Gənclər və idman komitəsinin üzvü, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti. Bu ad çoxlarına, xüsusən də idman cameəsinə və Yasamal camaatına yaxşı tanışdı. Həm millət vəkili kimi, həm də idman aləmində Ülvi müəllum həmişə vətəndaşlara xidmətdən məmnunluq duyan ictimai-siyasi xadimdir.
Təəssüf ki, son vaxtlar sifarişlə yazı yazmağı özünə peşə borcu hesab edən, asan pul qazanmağın yolunu tapan daxildə və xaricdə yaşayanlar çirkin niyyətlərini işə salıb, guya öz aləmlərində Ülvi müəllimin nüfuzunu ləkələməyə çalışır. Lakin yel qayadan heç nə aparmadığı kimi, belə sifarişli yazılar da Ülvi müəllimin nəinki işgüzar nüfuzuna xələl, heç yel olub yanından keçə bilməz.
Ülvi müəllim bir çoxları kimi etdiklərini kamera qarşısında edib, özünü camaata göstərmirsə, bu, o demək deyil ki, Vətən Müharibəsi dövründə Ülvi müəllim maddi və mənəvi yardımları ilə cəmiyyət arasında olmayıb.
Burdan sifariş qullarına üzümü tutub deyirəm ki, hərdən bədii ədəbiyyatla məşğul olub söz ehtiyatlarını zənginləşdirsinlər. Unutmasınlar ki, külək əsən tərəfə yellənən barsız, yüngül kol-koslardır, ağac bar verdikcə başını aşağı əyər; Ülvi müəllim kimi...
Ülvi müəllimin fəaliyyəti şəffafdı, həmişə göz önündədi. Onun reketlərə pul qarşılığında gizlədəcəyi heç nəyi yoxdu. Odur ki, ovunuzu başqa yerdə axtarın.
Xəlil Xəlilov
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR