AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Daha 10 azarkeş həbs edildi

  • + A
  • - A
  • 18-11-2021, 21:00

    Daha 10 azarkeş həbs edildi

    İngiltərə polisi mayda keçirilən "Mançester Yunayted" - "Liverpul" matçının təxirə salınmasına səbəb olan daha 10 azarkeşi həbs edib.

    AzadMedia.az xəbər verir ki, polisin növbəti reydi nəticəsində bu işdə təqsirkar bilinənlərin ümumi sayı 18-ə çatıb.

    Etiraz aksiyasında və iğtişaş törətməkdə şübhəli bilinənlər 20-51 yaş arası olanlardır. Hadisə ilə bağlı istintaq davam edir.

    Qeyd edək ki, mayın 2-də 1000-dən çox azarkeş "Old Trafford"un qarşısında toplaşaraq, klubun Super Liqada iştirak etmək qərarına görə Qleyzer ailəsinə etiraz edib. Daha sonra fanatların stadiona daxil olması səbəbindən əzəli rəqiblərin görüşü təxirə salınıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR